Azəristiliktəchizat Borç Sorgulama

 Azər İstilik Təchizat Borç Sorgulama

Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.

Azərbaycan
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli əsrarəngiz flora və faunası var.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri həyata keçirilir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialından faydalı istifadə edərək regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilib.


 

Yorumlar